Basketbol üzrə Azərbaycan millisi Türkiyə toplanışını başa vuraraq Gürcüstana yollanıb. Corner.az xəbər verir ki, komandamız hazırda Gürcüstanda təlim-məşq toplanışındadır.
Azərbaycan basketbolçuları Tiflisdəki hazırlıq çərçivəsində ilk sınaq matçına da çıxıb. Millimiz Gürcüstan Super Liqasında mübarizə aparan “Rustavi 1991” komandası ilə üz-üzə gəlib. Komandamız bu oyunda 74:79 hesabı ilə məğlub olub.
Komandamızın ən məhsuldar basketbolçusu 29 xalla Endar Poladxanlı seçilib. Əkbər Məmmədov qarşılaşmanı 24 xal - 10 ribaund, Zaur Paşayev isə 11 xal - 11 assist ilə tamamlayıb.