Rusiya silahlıları Ukraynanın Kreminna şəhərindəki olimpiya idman kompleksini atəşə tutub. Corner.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday məlumat verib.
Atəş nəticəsində ərazidə yanğın başlayıb. Yanğının ümumi sahəsi 2400 kvadratmetr olub. Xilasedicilər yanğının qarşısını almağa çalışırlar.
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.