Aprelin 19-da güləş üzrə U-17 Azərbaycan çempionatına start veriləcək. Corner.az xəbər verir ki, yarışın ilk günündə 45, 51, 60, 71 və 92 kq-da, ikinci günündə isə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparacaq.
Bu gün çempionatın keçiriləcəyi FHN İdman Sağlamlıq Mərkəzində sərbəst güləş üzrə məşqçilərin iştirakıyla iclas keçirilib. Tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, eləcə də Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Yaşar Rzayev çıxış edərək yarışla bağlı fikir və tövsiyələrini çatdırıblar. Öz növbəsində məşqçilər müəyyən məsələlərlə bağı təkliflərini səsləndiriblər.
İclas başa çatdıqdan sonra sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.