- Offside
- 22:48 26.11.2024
Azərbaycan millisinin ukraynalı sabiq voleybolçusu Polina Rəhimova insanları ölkəsinə dəstək olmağa çağırıb.
Corner.az-ın məlumatına görə, 31 yaşlı oyunçu bununla bağlı şəxsi feysbuk hesabında yazıb.
Təcrübəli voleybolçu tamaşaçıları bu gün İstanbulda "Fənərbaxça" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandası arasında baş tutacaq xeyriyyə matçı üçün bilet almağa çağırıb: "Oyundan əldə olunacaq bütün gəlirlər ukraynalı uşaqlarına yardım məqsədilə xərclənəcək. Mən də orada olacağam. Görüşmək istəyirsinizsə, stadiona gəlin və Ukraynaya birlikdə dəstək olaq"!
"Ülker" stadionundakı görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Polina Rəhimova 2007 - 2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.