- Offside
- 22:48 26.11.2024
"Açığı, onun müharibə ilə bağlı susması mənim üçün gözlənilməz oldu. Timoşukdan gecələr necə yatdığını soruşdum. Cavab verdi ki, mən də sənin kimi yata bilmirəm. Mən də daha heç nə yazmadım".
Corner.az-ın məlumatına görə, bunu Ukrayna millisinin və İngiltərənin "Vest Hem" klubunun futbolçusu Andrey Yarmolenko Rusiya "Zenit"inin məşqçisi Anatoli Timoşukla aralarındakı söhbət barədə danışarkən deyib.
Yığmanın kapitanı 42 yaşlı mütəxəssisin əvvəllər onun üçün peşəkarlıq nümunəsi olduğunu bildirib: "Həmişə oyunlarına baxırdım. Müharibə başlayandan hamını izləyirəm ki, görüm, kimlər nə dedi, kimlər ümumiyyətlə səsimi çıxarmır. Timoşuk mənə zəng edəndə susmasının səbəbini soruşdum. Ona mənim üçün nümunə olsan da, indi isə həyatımda olmadığını dedim. O, məni, mən isə onu bloka atdım".
32 yaşlı hücumçu Timoşukun qorxduğunu və başına nələrin gələcəyini bilmədiyini vurğulayıb: "Başa düşürəm, həyat yoldaşı və uşaqları rusdur. Amma dostlarının əksəriyyəti Ukraynadandır, qohumları isə müharibədə həlak olur. Sənin pulun var, mövqeyini bildirdikdən sonra sakitcə ailəni götürüb dünyanın istənilən yerinə gedib yaşaya bilərsən. Sadəcə, maraqlıdır ki, Timoşuk bununla necə yaşaya biləcək. Yaşadığı ölkə Ukraynada onun valideynlərini atəşə tutur".
Təcrübəli futbolçu Ukrayna Futbol Assosiasiyasının Timoşuku dövlət mükafatlarından və fəxri adlarından məhrum etməsinin doğru addım hesab edib: "Fikrimcə, milli komandada 144 oyun keçirmiş sabiq kapitan kimi öz sözünü ilk deyənlərdən olmalıydı, Rusiya xalqına baş verənləri göstərməli idi. İki tərəfli ola bilməzsən, kimi dəstəklədiyini seçməlisən. Timoşuk da öz seçimini etdi. Onu Allah mühakimə etsin".
Qeyd edək ki, bir müddət əvvəl Anatoli Timoşukun adı Ukrayna futbolu tarixindən rəsmən silinib.