2 fevral 2026. Bazar ertəsi

Pele növbəti dəfə xəstəxanaya yerləşdirildi


  • Offside
  • 22:50 19.04.2022
  • Oxunma sayı: 125
Pele növbəti dəfə xəstəxanaya yerləşdirildi
Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib. Corner.az ESPN-ə istinadən xəbər verir ki, 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Paulodakı “Albert Eynşteyn” klinikasına yerləşdirilib.
 
Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib.
 
Bildirək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Həmin əməliyyatdan sonra veteran futbolçu artıq bir neçə dəfə xəstəxanaya yerləşdirilib.






Offside