12 may 2026. Çərşənbə axşamı

Pirallahıda IronWind Duatlon adlı turnir keçiriləcək


  • Offside
  • 12:24 20.04.2022
  • Oxunma sayı: 126
Pirallahıda IronWind Duatlon adlı turnir keçiriləcək
Aprelin 24-də Pirallahı adasında yerləşən Nərəkənd parkının (Nərəkənd İstirahət Mərkəzi) ərazisində “IronWind Duatlon” adlı turnir keçiriləcək. Corner.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən keçirilir.
 
Duatlon 3 mərhələdən ibarətdir. İdmançılar 5 kilometr qaçmalı, 20 kilometr velosiped sürməli və sonra isə 2,5 kilometr qaçmalı olacaqlar.
 
Turnir həm fərdi həm də estafet formatında baş tutacaq.






Offside