23 mart 2026. Bazar ertəsi

Voleybol üzrə Zəfər Kuboku keçiriləcək


  • Offside
  • 12:50 20.04.2022
  • Oxunma sayı: 140
Voleybol üzrə Zəfər Kuboku keçiriləcək

Azərbaycan Voleybol Federasiyası 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər Kuboku” təşkil edəcək.

Federasiyanın Mətbuat Xidmətindən Corner.az-a verilən məlumata görə, aprelin 22-də kişi voleybolçular arasında start götürəcək yarışda Yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Murov”, “Neftçi”, MOİK və “Sərhədçi” komandaları mübarizə aparacaqlar.

Kubok uğrunda oyunlar 2 gün davam edəcək. Püşkə əsasən aprelin 22-də “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq yarışın ilk matçında “Neftçi” MOİK-lə gücünü yoxlayacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 17:00-da isə ev sahibləri “Sərhədçi”ni sınağa çəkəcəklər.

Olimpiya sistemi ilə keçiriləcək turnirdə məğlub komandalar mübarizəni dayandıracaqlar. Kubokun final matçı aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, kubok yarışının final oyunundan sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənənlərin mükafatlandırma mərasimi keçiriləcək. Ardınca 2021/2022 mövsümün rəsmi bağlanışı olacaq.







Offside