31 oktyabr 2024. Cümə axşamı

Koloskovdan FİFA-ya: Bu quldurluq etməkdir!


  • Offside
  • 16:23 20.04.2022
  • Oxunma sayı: 140
Koloskovdan FİFA-ya: Bu quldurluq etməkdir!
Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov FİFA-nın 2018-ci il dünya çempionatı üçün Rusiyaya ödənişləri dayandırması ilə bağlı məsələni şərh edib. Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  80 yaşlı Koloskov bu hadisəni quldurluq adlandırıb:
 
“FİFA 2018-ci ilin dünya çempionatı üçün ödənişləri dayandırdı? Bu, gündüz vaxtı quldurluq etməkdir!”
 
 FİFA ümumi məbləğin – 100 milyon dolların yalnız 30 faizini RFİ-yə ödəyib.
 
2018-ci ilin dünya çempionatı Rusiyanın 11 şəhərində baş tutmuşdu.

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







Offside