Məşhur keçmiş boksçu Mayk Tayson Rusiya – Ukrayna müharibəsi ilə bağlı paylaşım edib. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 55 yaşlı idmançı, paylaşımında ukraynalıların güclü olduğunu yazıb:
“Mən Kliçko (Vladimir və Vitali Kliçko qardaşları, keçmiş boksçular) qardaşlarını yaxşı tanıyıram. Tarix sübut edir ki, ukraynalılar güclü adamlardır, onlar ruslara keçmişdən bələddirlər. Bu, bəşəri müharibədir. Yaşasın Ukrayna!”