2 fevral 2026. Bazar ertəsi

Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı


  • Offside
  • 14:49 22.04.2022
  • Oxunma sayı: 132
Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı
Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova yeniyetmə qızlar arasında keçiriləcək U-17 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb.
 
Corner.az xəbər verir ki, İsmayılova aprelin 22-24-də Almaniyanın Kienbaum vilayətində keçiriləcək C qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, C qrupunda ev sahibləri ilə yanaşı, Belçika, İsrail və Litva milliləri mübarizə aparacaqlar. Görüşlərin hakimləri moldovalı Andrey Taran, türkiyəli Hatice Özmen Yıldız, polşalı Anna Niedbal və serbiyalı Aleksandra Balandziç olacaq.






Offside