23 mart 2026. Bazar ertəsi

Azərbaycanlı idmançı Ukraynada itkin düşüb


  • Offside
  • 15:47 22.04.2022
  • Oxunma sayı: 120
Azərbaycanlı idmançı Ukraynada itkin düşüb
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı Əli Vaqif oğlu Hüseynov itkin düşüb. Corner.az xəbər verir ki, Nikolayev şəhərində yaşayan həmvətənimiz bir müddət əvvəl Kiyevə gəlib və aprelin 18-dən etibarən onunla əlaqə kəsilib.
 
Nikolayevin azərbaycanlı polisi Turan Fikrət bildirib ki, Hüseynov sonuncu dəfə Kiyevin Trayeşina rayonunda, “Çerniqovskaya” metrosu istiqamətində gedib və bundan sonra ondan xəbər alınmayıb.
 
Hüseynov Ukraynada tanınmış idmançı kimi MMA növü üzrə bir sıra turnirlərin qalibi olub.
 
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







Offside