23 mart 2026. Bazar ertəsi

Neftçi və Murov finala yüksəldi


  • Offside
  • 18:52 22.04.2022
  • Oxunma sayı: 124
Neftçi və Murov finala yüksəldi

Kişi voleybolçular arasında keçirilən Zəfər Kubokunda finalçılar müəyyənləşib.

Corner.az-ın məlumatına görə, ilk yarımfinal oyununda "Neftçi" MOİK-lə qarşılaşıb və 3:1 (25:15, 25:16, 20:25, 25:16) hesabı ilə üstələyib.

Günün ikinci matçında "Murov" "Sərhədçi"ni sınağa çəkib. “Murov” klubunun idman zalında təşkil olunan görüşdə meydan sahibləri 3:0 (25:18, 25:15, 25:13) hesabı ilə qələbə qazanıb.

Beləliklə, "Zəfər Kuboku"nun finalında "Neftçi" və "Murov" komandaları üz-üzə gələcək. Həlledici qarşılaşma aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.







Offside