- Offside
- 22:48 26.11.2024
ABŞ-ın əfsanəvi boksçusu, superağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Taysonun təyyarədə döydüyü sərnişin məhkəməyə müraciət edəcək.
Corner.az TMZ-ə istinadən xəbər verir ki, zərərçəkmiş mümkün apellyasiya şikayəti üçün vəkil də tutub.
Vəkil Mett Morqam 55 yaşlı idmançının həyəcanlı pərəstişkarını vurmazdan əvvəl təmkinli olmalı olduğunu bildirib.
Qeyd edək ki, Mayk Tayson uçuşdan əvvəl təyyardə sərnişini döyüb. O, San-Fransiskodan Floridaya uçduğu vaxt arxa oturacaqdakı kişi içkinin təsiri altında onunla söhbətə cəhd edib. Tayson isə həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra sifətinə zərbələr endirməyə başlayıb.