Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakıda keçirilən dünya kubokunda gümüş medal qazanıb. Corner.az xəbər verir ki, tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda çoxnövçülükdə 63.650 xal toplayaraq ikinci olub.
Gimnastlar üç lent və iki topla hərəkətlərdə 30.600 xala layiq görülüb. Yığma ötən gün 5 halqa ilə 33.050 xal əldə etmişdi.
İtaliya (64.600) seçməsi qızıl, İsrail (63.150) komandası isə bürünc medala sahib çıxıb.