27 noyabr 2024. Çərşənbə

Azərbaycan cüdoçuları Avropa kubokuna 3 medalla başladılar


  • Offside
  • 22:14 23.04.2022
  • Oxunma sayı: 113
Azərbaycan cüdoçuları Avropa kubokuna 3 medalla başladılar
Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kubokuna start verilib. Corner.az xəbər verir ki, dünyanın 25 ölkəsindən 243 idmançının qatıldığı turnirdə Azərbaycan yığmasının üzvləri də medallar və reytinq xalları uğrunda mübariz aparırlar.
 
Komandamız yarışın ilk gününü 2 qızıl və 1 bürünc medalla başa vurub. Millimiz 3 çəki dərəcəsində 5 idmançı ilə medallar uğrunda mübarizə aparıb.
 
Onlardan Nazir Talıbov (-60 kq) həlledici görüşdə niderlandlı Bart Velinqə qalib gələrək bürünc medal qazanıb.
 
İsmayıl İbrahimov (-66 kq) finalda italiyalı rəqibi Leanardo Valeriyanini məğlub edərək qızıl medala sahib olub. Nəriman Mirzəyev (-73 kq) də həlledici görüşdə İtaliya təmsilçisiylə qarşılaşb. O, Qabriyele Sulli üzərində qələbə qazanaraq yarışı qızıl medalla başa vurub.






Offside