Türkiyənin Antalya şəhərində gözdən əlillər arasında paracüdo üzrə qran-priyə (“2022 IBSA Judo Grand Prix”) yekun vurulub. Corner.az xəbər verir ki, Azərbaycan yığması bu gün daha bir medal qazanıb.
Paracüdoçumuz Xatirə İsmiyeva (+70 kq, J1) Antalya qran-prisinin gümüş medalına sahib olub.
Digər təmsilçimiz Saleh Sultanov (-90 kq, J2) isə bürünc medal uğrunda görüşdə öz rəqibinə məğlub olub.
Beləliklə millimiz Antalyada keçirilən qran-prini iki medalla başa vurub. İlk gündə Namiq Abaslı (-73 kq, J2) da gümüş medal qazanmışdı.