3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan karateçiləri Premyer Liqa turnirini 2 medalla başa vurdu


  • Offside
  • 20:46 24.04.2022
  • Oxunma sayı: 116
Azərbaycan karateçiləri Premyer Liqa turnirini 2 medalla başa vurdu

Azərbaycan karateçiləri Portuqaliyanın Matozinyuş şəhərində keçirilən Karate1 Premyer Liqa turnirini iki medalla başa vurub.

Corner.az-ın məlumatına görə, 68 kq-da çıxış edən qadın idmançı İrina Zaretska və 75 kq-da yer alan Fərid Ağayev finalda İtaliya təmsilçilərinə məğlub olaraq, gümüş medal qazanıblar.

Həlledici qarşılaşmalarda Zaretska Silvia Semeraro ilə, Ağayev isə Daniele Da Vivo ilə bacarmayıb.

Qeyd edək ki, Azərbaycanın digər 2 təmsilçisi Tural Ağalarzadə (67 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qarşılaşmalarında məğlub olublar.







Offside