30 oktyabr 2024. Çərşənbə

Daha bir beynəlxalq yarış Rusiyadan alındı


  • Offside
  • 14:08 25.04.2022
  • Oxunma sayı: 117
Daha bir beynəlxalq yarış Rusiyadan alındı
Fiqurlu konkisürmə üzrə dünya çempionatının qran-pri mərhələsi 2022/23 mövsümündə Rusiyada keçirilməyəcək. Corner.az xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqı (ISU) qərar çıxarıb.
 
ISU həmçinin Rusiya və Belarusun qurumun himayəsi altındakı digər yarışlara ev sahibliyi üçün namizədliyini verməyi qadağan edib. Qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar verilib.
 
Rusiya 2026-cı ildəki Avropa çempionatına ev sahibliyi etmək üçün müraciət edib.

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







Offside