- Offside
- 22:48 26.11.2024
Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun iki xeyriyyə matçından əldə etdiyi gəlir açıqlanıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində "Fənərbaxça" ilə görüş vitse-çempiona 5 milyon qrivna (281 168 manat) əldə edib.
Klub Yunanıstanda "Olimpiakos"la dueli 3,2 milyon qrivna (179 947 manat) qazandırıb. "Şaxtyor" iki xeyriyyə matçından 8,2 milyon qrivna (461 115 manat) qazana bilib.
Toplanan vəsait Ukrayna vətəndaşlarına və həkimlərə, həmçinin müharibədən zərər çəkmiş uşaqlara yardım məqsədi ilə veriləcək.
Qeyd edək ki, "Şaxtyor" mayın 1-də Xorvatiyada "Hajduk"la üz-üzə gələcək.