- Offside
- 22:48 26.11.2024
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən millimizin futbolçusu Mahir Emreli yenidən sıradan çıxıb.
Corner.az "Sportske.jutarnji" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri 32-ci tur matçında çiynindən zədələnib.
Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. Onun artıq müalicəsinə başlanılıb.
Emrelinin mayın 1-də "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı gözlənilir.
Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində indiyədək 2 qol vurub.