3 fevral 2026. Çərşənbə axşamı

Durarbəylidən növbəti heç-heçə


  • Offside
  • 12:22 28.04.2022
  • Oxunma sayı: 162
Durarbəylidən növbəti heç-heçə
Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” davam edir. Matc.az xəbər verir ki, yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli 6-cı turda kubalı İsan Reynaldo Ortız Suarez ilə heç-heçə edib.
 
Ötən 6 turun nəticəsinə görə, şahmatçımız 3,5 xalla 4-cü yeri tutur.
 
Qeyd edək ki, turnirdə Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.






Offside