24 mart 2026. Çərşənbə axşamı

Məşhur futbol agenti vəfat etdi


  • Offside
  • 16:01 28.04.2022
  • Oxunma sayı: 218
Məşhur futbol agenti vəfat etdi

Bir sıra tanınmış futbolçuların agenti olan Mino Rayola dünyasını dəyişib.

Corner.az "Rancredi Palmeri" nəşrinə istinadən xəbər verir ki, o, 54 yaşında xəstəlikdən vəfat edib.

Məşhur italiyalı futbol agenti yanvarda İtaliyanın Milan şəhərində ağır əməliyyat keçirib. Həmin vaxt Rayolanın səhhətinin həyatı üçün təhlükəli olmadığı və bərpa prosesini evində keçirəcəyi açıqlanıb.

Qeyd edək ki, Mino Rayola İngiltərən "Mançester Yunayted"ində çıxış edən Pol Poqba və Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Holannın agenti idi.







Offside