27 noyabr 2024. Çərşənbə

Məmmədyarov Karlsenə qalib gəldi


  • Offside
  • 23:40 28.04.2022
  • Oxunma sayı: 89
Məmmədyarov Karlsenə qalib gəldi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının üçüncü mərhələsində sonuncu görüşünü keçirib. Corner.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın 7-ci turunda Maqnus Karlsenlə qarşılaşıb. Görüş Məmmədyarovun 2.5:0.5 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı 2, 3 və 4-cü turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.






Offside