27 noyabr 2024. Çərşənbə

Yüksək Liqada pley-offa start verilir: Statistika nə deyir?


  • Offside
  • 12:26 29.04.2022
  • Oxunma sayı: 111
Yüksək Liqada pley-offa start verilir: Statistika nə deyir?
Aprelin 22-də keçirilmiş 21-ci turun oyunları ilə Yüksək Liqada əsas mərhələ başa çatmış oldu. Corner.az xəbər verir ki, ilk 4 pillədə (1-4, 2-3) qərarlaşan komandalar mükafatçıları müəyyənləşdirmək üçün pley-off mərhələsində mübarizəni davam etdirəcəklər.
 
Artıq cütlüklər məlumdur: “Araz” (Naxçıvan) - “Baku Fire”, EKOL – “Neftçi” İK. Reqlamentə əsasən, komandalar 2 qələbə qazanana qədər qarşılaşacaqlar. Yəni hansısa matçın əsas vaxtı heç-heçə yekunlaşarsa, komandalar hər biri 5 dəqiqədən ibarət əlavə iki hissədə yarışacaq. Bu dəfə də hesabdakı tarazlıq pozulmazsa, qalibin adı penaltilər seriyasında müəyyənləşəcək. Bir sözlə, pley-offun hər bir matçında mütləq qalib bilinəcək. Buna görə də pley-off mərhələsində eyni cütlük maksimum 3 oyunda üz-üzə gələ biləcək. Ümumi hesabda iki qələbə qazanan komanda finala yüksələcək. Məğlublar isə üçüncü yer uğrunda matçda gücünü sınayacaq. Pley-off mərhələsinin oyunları mayın 1-də və 4-də Bakı İdman Sarayında, mayın 7-də (ehtiyat gün) isə “Olimpik Star”da təşkil olunacaq. Mükafatçıların müəyyənləşəcəyi üçüncü yer uğrunda və final görüşü, eləcə də mükafatlandırma mərasimi isə mayın 11-də FHN-in Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçiriləcək.
 
Yüksək Liqa
2021/22 mövsümü
 
01.10.2021 Neftçi İK – EKOL 2:9
19.11.2021 EKOL – Neftçi İK 1:2
05.03.2022 Neftçi İK – EKOL 3:1
 
05.11.2021 Baku Fire – Araz 0:8
24.02.2022 Araz – Baku Fire 3:3
19.04.2022 Baku Fire – Araz 2:6






Offside