Mayın 1-də futzal üzrə Yüksək Liqada həlledici mərhələ - pley-off oyunları başlayacaq. Corner.az xəbər verir ki, 3 futzalçı ilk matçda komandasına kömək edə bilməyəcək ki, onlardan ikisi “Araz”ın (Naxçıvan) üzvləridir.
Belə ki, Murilo hələ 19-cu turda qırmızı vərəqə ilə cəzalandırılıb. Müdafiəçiyə İntizam Komitəsi tərəfindən 4 matçlıq cəza verilib. O, cəzasının tən yarısını arxada qoyub. Braziliyalı “Baku Fire”lə baş tutacaq 2 oyunda da iştirak etməyəcək.
Onun komanda yoldaşı Dmitri Bondarev isə Yüksək Liqanın 21-ci turu çərçivəsində “Alyans”la dueldə qırmızı vərəqə alıb. Sonuncu ümid fouluna görə cəzalandıran rusiyalı qapıçı ilk dueli kənardan izləyəcək.
Həmin turda “Baku Fire” də qapıçısını itirib. Samir Mehdiyev də Bondarev kimi sonuncu ümid fouluna görə cəzalandırılıb və pley-offun ilk matçında iştirak etməyəcək.