Azərbaycan üzgüçüsü Çexiyada bürünc medal qazandı
-
Offside
-
11:03 30.04.2022
-
Oxunma sayı: 148
Azərbaycan milli komandasının üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Corner.az xəbər verir ki, ilkin mərhələdə 96 idmançı arasında finala vəsiqə əldə edən Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı 50 metr məsafəyə sərbəst üsulla üzmədə 26.83 saniyə nəticəyə imza atıb. Şeyxəlizadəxangah bu göstərici ilə ölkə və şəxsi rekordunu yeniləyib.