27 noyabr 2024. Çərşənbə

Heydərov Avropa çempionu oldu, Orucovdan bürünc medal!


  • Offside
  • 18:56 30.04.2022
  • Oxunma sayı: 105
Heydərov Avropa çempionu oldu, Orucovdan bürünc medal!

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Corner.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib.

Qızıl xal bölümündə qalib gələn Heydərov ikiqat Avropa çempionu olub.

***

Azərbaycan cüdoçusu Rüstəm Orucov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Corner.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı Adrian Sulka (Rumıniya) ilə qarşılaşıb. Rəqibinə qalib gələn Orucov Avropa üçüncüsü olub.

Bu, Azərbaycanın hazırkı qitə birinciliyində ilk medalı olub.







Offside