3 fevral 2026. Çərşənbə axşamı

Məşhur futbol agentinin ölümü təsdiqləndi


  • Offside
  • 19:20 30.04.2022
  • Oxunma sayı: 129
Məşhur futbol agentinin ölümü təsdiqləndi

Bir sıra tanınmış futbolçuların agenti olan Mino Rayolanın ölüm xəbəri təsdiqini tapıb.

Corner.az-ın məlumatına görə, bu barədə onun ailə üzvləri sosial şəbəkələrdə yazıblar.

Rayolanın 54 yaşında müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilib.

O, yanvarda İtaliyanın Milan şəhərində ağır əməliyyat keçirib. Həmin vaxt italiyalı agentin səhhətinin həyatı üçün təhlükəli olmadığı və bərpa prosesini evində keçirəcəyi açıqlanıb.

Qeyd edək ki, Mino Rayola İngiltərən "Mançester Yunayted"ində çıxış edən Pol Poqba və Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Holannın agenti idi.







Offside