27 noyabr 2024. Çərşənbə

UEFA Rusiya ilə bağlı sanksiyaları açıqladı


  • Offside
  • 22:13 02.05.2022
  • Oxunma sayı: 118
UEFA Rusiya ilə bağlı sanksiyaları açıqladı
UEFA Rusiya ilə bağlı yeni sanksiyalar tətbiq edib. Corner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə, Rusiya yığma komandası 2022/23 mövsümündə UEFA Millətlər Liqasında iştirak etməyəcəyi bildirilib. Komanda avtomatik olaraq B Liqasının 2-ci qrupunda sonuncu yeri tutacaq. Qrup mərhələsinin yekununda komanda B Liqasında 16-cı pillədə yer alacaq.
 
Qadınlardan ibarət Rusiya yığması AÇ-2022-nin final mərhələsində iştirak etməyəcək. Qitə birinciliyi 6-31 iyulda İngiltərədə keçiriləcək. C qrupunda yer alan Rusiya yığmasını pley-offda məğlub etdikləri Portuqaliya millisi əvəz edəcək.
 
Qadınlardan ibarət yığma komandanın DÇ-2023-ün seçmə mərhələsindəki bütün oyunları da ləğv olunub. E qrupunda Danimarka, Bosniya və Herseqovina, Monteneqro, Malta və Azərbaycanla bir qrupda mübarizə aparan rusların nəticələri nəzərə alınmayacaq. Qrupun qalan oyunlarının nəticələri beş komandanın matçları nəzərə alınmaqla hesablanacaq.
 
Rusiyanın U-21 yığmasının Avropa çempionatındakı nəticələri də nəzərə alınmayacaq. Bu komandanın yer aldığı C qrupunda İspaniya, Slovakiya, Malta, Litva və Şimali İrlandiya var idi. Sözügedən kollektivlər beş komandalıq qrupda mübarizəni davam etdirəcəklər.
 
Rusiya klubları 2022/23 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan turnirlərin (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, Gənclər Liqası, qadınlar arasında Çempionlar Liqası) heç birində iştirak edə bilməyəcək.
 
Futzal üzrə Rusiya yığmaları və klubları da UEFA turnirlərində iştirakdan məhrum olunublar. Həmçinin aşağı yaş qrupları üzrə milli komandaların qitəmiqyaslı yarışlardakı iştirakına da qadağa qoyulub. UEFA Region Liqasında da rusların iştirakına imkan verilməyəcək.
 
Son olaraq UEFA Rusiyanın AÇ-2028 və AÇ-2032-yə ev sahibliyi etmək təklifini də rədd edib.






Offside