27 noyabr 2024. Çərşənbə

Özümü Avropa çempionatında göstərdim


  • Offside
  • 10:24 03.05.2022
  • Oxunma sayı: 119
Özümü Avropa çempionatında göstərdim

“Özümü Avropa çempionatında göstərdim. İstərdim yarışdan qızıl medalla qayıdım”.

Corner.az xəbər verir ki, sözləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüstəm Orucov (73 kq) deyib.

“Bildiyiniz kimi Olimpiadadan sonra məndə uğursuzluq yarandı. Bir neçə yarışda dalbadal uduzdum. Həm formada deyildim, həm də zədələrim vardı.

Amma indi sağalmışam, formadayam. Şükür Allaha bizim komanda yoldaşımız bayrağımızı qaldırdı və himnimizi səsləndirdi”.

R.Orucov gələcək planlarını da açıqlayıb: "Gələcək planlarımız, əsas məqsədimiz ilin sonlarında keçiriləcək dünya çempionatına hazırlaşmaqdır. Çalışacağıq ki, xalqımızı bu yarışda sevindirək. Federasiyamıza bizə dəstək olduğuna görə təşəkkür edirəm. Eyni zamanda Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm ki, bizə bu cür dəstək verirlər”.(report)







Offside