27 noyabr 2024. Çərşənbə

Yaşar 10, Rüstəm 4 pillə irəlilədi


  • Offside
  • 15:06 04.05.2022
  • Oxunma sayı: 96
Yaşar 10, Rüstəm 4 pillə irəlilədi
Beynəlxalq Cüdo Federasiyası (IJF) yeni reytinq cədvəlini açıqlayıb. Corner.az xəbər verir ki, 29 aprel - 1 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında mükafat qazanan millimizin üzvlərindən yalnız Rüstəm Orucov (73 kq) irəliləyişə nail olub. Aktivində 2207 xalı olan 31 yaşlı cüdoçu 15-ci pillədən 11-ci sıraya yüksəlib. 
 
73 kq-da yarışın qızıl medalçısı Hidayət Heydərov 4120 xalla əvvəlki kimi 3-cü, digər bürünc mükafatçı Məmmədəli Mehdiyev (90 kq) 4657 xalla 2-cidir.
 
Qitə birinciliyinə qatılan yığma üzvlərindən ən böyük sıçrayışa Yaşar Nəcəfov (66 kq) nail olub. Beşinci yer sayəsində qazandığı 252 xal onu 38-ci pillədən 28-ci sıraya qaldırıb. Yarışda eyni nəticəni göstərən Balabəy Ağayev (60 kq) 6, Elmar Qasımov (100 kq) 4 pillə irəliləyib. Onlar müvafiq olaraq 1077 və 1432 xalla 12 və 20-ci yerdədirlər. Yeddinci olan Uşanqi Kokauri (+100 kq) isə 2732 xalla əvvəlki kimi 9-cudur.
 
Digər cüdoçularımıza gəldikdə, bir pillə geriləyən Kəramət Hüseynov (60 kq) 2767 xalla 4-cü, mövqeyi dəyişməyən Orxan Səfərov (66 kq) 2970 xalla 5-ci sırada qərarlaşıb. 1933 xalı olan Murad Fətiyev (81) isə 15-ci sıradan 14-cü yerə enib.
 






Offside