Futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib. Corner.az xəbər verir ki, hər iki oyun mayın 7-də Bakı İdman Sarayında keçiriləcək.
Əvvəlcə meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları çıxacaq. Bu görüş saat 12:00-da start götürəcək. Həmin gün saat 15:00-da isə final qarşılaşması keçiriləcək. “Araz” (Naxçıvan) və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi keçiriləcək.
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.