Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2021/22 mövsümünün qalibi bəlli olub. Corner.az xəbər verir ki, final oyununda “Araz” (Naxçıvan) və EKOL komandaları üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma Naxçıvan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Araz” tarixində 16-cı dəfə ölkə çempionu adını qazanıb.
Xatırladaq ki, bürünc medal uğrunda görüşdə də “Neftçi” İK “Baku Fire” kollektivini 6:2 hesabı ilə üstələyib.
Yüksək Liqa
Final
7 may
Araz - EKOL 9:2
Qollar: Maneka, 2:51; 33:59. Ramiz Çovdarov, 6:67; 13:44. David Qustavo, 9:52; 16:56. Fərid Ələkbərov, 26:58. Felipinyo, 29:07. Murilo, 37:25 - Radik Əhmədov, 2:59. Namiq Məmmədkərimov, 39:47.
Hakimlər: Knyaz Əmiraslanov, Ziya Nəsirov, Rza Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı İdman Sarayı. Saat 15:00.
Araz: 19. Dmitri Bondarev, 6. David Qustavo, 8. Rizvan Fərzəliyev (k), 9. Maneka, 10. Felipinyo, 1. Azər Fərmanov, 5. Murilo, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Fərid Ələkbərov.
Baş məşqçi: Joze Alesio Da Silva.
EKOL: 99. Emin Kürdov, 2. Radik Əhmədov, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 17. Rüstəm Bağırov, 1. İntiqam Babayev, 33. Ələsgər Ələsgərli, 20. Tofiq Mikayılov, 44. Orxan Həsənəliyev.
Baş məşqçi: Radik Əhmədov.