Azərbaycan idmançıları Rövşən Xəlilov və Aydın Hümbətov Gürcüstanda keçirilən stronqmen üzrə Tiflis Beynəlxalq qran-prisində qızıl medal qazanıblar. Corner.az xəbər verir ki, Xəlilov 80 kq-da, Hümbətov isə 105 kiloqramdan yuxarı çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
R.Xəlilov dünya və Avropa, A.Hümbətov isə Azərbaycan çempionudur.