- Offside
- 17:34 30.10.2024
"Qəbələ" və "Şamaxı" klubunun sabiq baş məşqçisi Sənan Qurbanov Ukraynadakı müharibəyə görə Rusiyanın "Dinamo" (Moskva) klubunun düşərgəsinə yollana bilməyib.
Corner.az xəbər verir ki, bu barədə 42 yaşlı mütəxəssisin özü məlumat verib. O bildirib ki, Pro kateqoriyası ilə bağlı təcrübə keçmək üçün Moskva təmsilçisi ilə razılıq əldə olunsa da, plan baş tutmayıb. "Hər şey əvvəldən danışılmışdı. Sırf bu komandaya köklənmişdim. Müharibə başladığı üçün alınmadı".
Qurbanov axtarışların davam etdiyini söyləyib: "Türkiyə və Xorvatiya variantları mövcuddur. Bununla bağlı 3-4 nəfərdən cavab gözləyirəm. Bu ilin sentyabrınadək vaxtımız var. Bu, bizdən asılı məsələ deyil, klublar razılıq vermirlər".
Qeyd edək ki, Sənan Qurbanov aprelin 15-də "Şamaxı" komandasından istefa verib.(report)