3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycanlı voleybolçu Macarıstan çempionatının ən yaxşısı seçildi


  • Offside
  • 15:21 13.05.2022
  • Oxunma sayı: 128
Azərbaycanlı voleybolçu Macarıstan çempionatının ən yaxşısı seçildi

"Vaşaş" klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.

Corner.az  Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.

Qeyd edək ki, Ayşən Abduləzimova "Vaşaş"ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanmışdı.







Offside