Bu gün Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb. Corner.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq), Ürfan Həsənli, Qurban Qurbanov (hər ikisi 72 kq) və Rauf Əliyev (82 kq) finala yüksəlib. 63 kq-da çıxış edən Təvəkgül Həziyevlə Fərid Baxışlı bürünc medal üçün güləşəcək.
Qadın güləşində 3 finalçımız var. Əsmər Canqurtaran (50 kq), Elnurə Məmmədova (55 kq) və Mərziyə Sadıqova (72 kq) qızıl medal üçün güləşəcək.
Sərbəst güləşdə Əbülfəz Nəsirovla (65 kq) Fərid Cabbarov (86 kq) üçüncü yer uğrunda mübarizə aparacaq.