- Offside
- 17:34 30.10.2024
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində son yarış günüdür.
Corner.az xəbər verir ki, bu gün yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gələcək.
Artıq ilk çempionlar bəllidir. Yaşı 15-ə qədər oğlanların 73 kq çəki dərəcəsində mübarizəsində toplam 183 kq (78+105) nəticə göstərən Bakı idmançısı Yaşar Qurbanov, yaşı 17-yə qədər oğlanların 73 kq çəki dərəcəsində isə toplam 232 kq (97+135) Lənkəran idmançısı Emin Əkbərov qızıl medala sahib çıxıb.