- Offside
- 22:48 26.11.2024
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb.
Corner.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.
Yarışın son günündə yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib.
Yaşı 15-ə qədər atletlərdə 81 kq-da Hüseyn Heydərov, 89 kq-da Həsən Babayev, 102 kq-da Rəbbani Niftəliyev, +102 kq-da Sadiq Əliquliyev rəqiblərindən güclü olublar.
Yaşı 17-yə qədər atletlərdə isə 81 kq-da İmanəli Əliyev, 89 kq-da Əbdülmətin İsmayılov, 96 kq-da Hüseyn Fətəliyev, 102 kq-da Hacı Əlimanov, +102 kq-da Nurəddin Mehdiyev qızıl medala sahib çıxıblar.