- Offside
- 22:48 26.11.2024
Fransa millisinin sabiq futbolçusu Toni Verel 2 ili şərti olmaqla, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Corner.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 49 yaşlı keçmiş hücumçunun 2011-ci ildə törətdiyi hadisə olub.
Verel gecə klubundan çıxarkən atəş açıb və nəticədə 3 mühafizəçi yaralanıb. Karyerası ərzində "Lion", "Nansi" və "Lens" kimi klublarda çıxış etmiş sabiq futbolçu uzun müddət saxlanıldığı üçün bir il həbsdə qalacaq.
Qeyd edək ki, Toni Verel 1998 - 2000-ci illlərdə Fransa yığmasında 8 oyuna çıxıb və 1 qol vurub.