2026-cı ildə İtaliyanın Milan və Kortina-d Ampetso şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunları və 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunları Rusiya və Belarus ərazisində yayımlanmağı qadağan olunub. Corner.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytı məlumat yayıb.
İki ölkənin sözügedən nüfuzlu yarışların nümayişi üçün teleyayım hüquqlarının alınması üzrə tenderdə iştirakına icazə verilməyib. Tenderlə bağlı sənədlər aprelin 25-dək qəbul edilib. Qurum müraciətləri onların yayım keyfiyyətinin ən yüksək standartlarına cavab vermə, mümkün qədər geniş auditoriyaya çatdırma, Olimpiya Hərəkatının dəyərini təbliğ etmə öhdəliyinə və maliyyə təklifinə görə qiymətləndirib.
Daha əvvəl IOC Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı federasiyalara çağırış edib.