30 oktyabr 2024. Çərşənbə

Azarkeşlərin Dövlət Himni etirazına Kloppdan dəstək


  • Offside
  • 16:27 17.05.2022
  • Oxunma sayı: 120
Azarkeşlərin Dövlət Himni etirazına Kloppdan dəstək

Mayın 14-də keçirilən İngiltərə kubokunun finalında “Liverpul” azarkeşləri Böyük Britaniyanın dövlət himnini fitə basıblar.

Corner.az xəbər verir ki, matçdan sonra İngiltərənin baş naziri Boris Consonun sözçüsü Lindsay Hoyl himni fitə basan azarkeşləri tənqid edib. “Liverpul”un çalışdırıcısı Yurgen Klopp isə fanatların tərəfini saxlayıb:

“Əlbəttə, məsələ ilə bağlı mənim öz fikrim var. Amma belə situasiyada “bu hadisə niyə baş verir” sualı aktual olmalıdır. Mən öz azarkeşlərimizi çox yaxşı tanıyıram, bilirəm ki, onlar heç bir səbəb olmadan belə hərəkət etməzlər.

Amma mən əsl səbəbi dəqiq bilmirəm. Çünki bunun üçün uzun illər İngiltərədə yaşamaq lazımdır. Məncə, nəsə tarixi bir səbəb var. Siz jurnalistlər bunu daha yaxşı bilərsiz”.

Böyük Britaniyanın baş naziri Boris Conson “Spectator” jurnalının redaktoru olduğu müddətdə Hillsboro faciəsi ilə bağlı məqalə dərc etdiyinə görə üzr istəmişdi. Dərc olunan məqalədə faciənin matç zamanı sərxoş olan “Liverpul” azarkeşləri üzündən baş verdiyi qeyd olunmuşdu.

“Liverpul” azarkeşləri 1980-ci illərdən bəri 97 nəfərin ölümü ilə nəticələnən Hillsboro faciəsindən sonra Marqaret Tetçerin Mühafizəkarlar Partiyasına etiraz olaraq Britaniya himnini fitə basırlar.







Offside