30 oktyabr 2024. Çərşənbə

Müharibəyə dəstək verdi 1 il cəzalandırıldı


  • Offside
  • 12:25 18.05.2022
  • Oxunma sayı: 141
Müharibəyə dəstək verdi 1 il cəzalandırıldı

Rusiyalı gimnast İvan Kulyak bir il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.

Corner.az-ın məlumatına görə, bu barədə Gimnastika Etika Fondunun İntizam Komissiyası qərar çıxarıb.

Səbəb Qətərin paytaxtı Dohadakı Dünya Kubokunun mərhələ yarışında baş vermiş insidentdir.

Kulyak paralel qollarla çıxışın yekununda mükafatlandırma mərasiminə sinəsində "Z" hərfi yazılmış geyimlə çıxıb. Onun bürünc medal qazandığı yarışda "qızıl"ı ukraynalı İlya Kovtun əldə edib, "gümüş"ə isə Qazaxıstandan olan Milad Kərimi yiyələnib.

Kulyakın nəticəsi ləğv edilib və o, bir il ərzində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən yarışlara və FIG-in üzvü olan federasiyaların təşkil etdiyi turnirlərə qatıla bilməyəcək. İdmançı 21 gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir.

FIG rusiyalı idmançının davranışını şokedici adlandırıb. Rusiya Müdafiə Nazirliyinin verdiyi izahata əsasən, texnika üzərindəki "Z" yazısı "Za pobedu" ("Qələbə uğrunda") mənasını verir.

Xatırladaq ki, Dohada Rusiya və Belarus idmançıları neytral statusda çıxış ediblər. Onlar martın 7-dən FIG bayrağı altında bütün beynəlxalq yarışlardan rəsmən kənarlaşdırılıblar. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır.







Offside