Mayın 18-dən 24-dək İspaniyanın Pamplona şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid FIG dünya kuboku keçiriləcək. Corner.az xəbər verir ki, sözügedən turnirdə Azərbaycan yığması da mübarizə aparacaq.
Bu yarışda iştirak etmək məqsədilə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri və fərdi gimnastımız Zöhrə Ağamirova Pamplona şəhərinə yola düşüblər.