15 maydan etibarən gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Polşada təlim-məşq toplanışındadır. Corner.az xəbər verir ki, baş məşqçi Elxan Məmmədovun rəhbərliyi altında 15 idmançı hazırlıq keçir.
Zakopane şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına Çexiya və Polşadan gənc cüdoçular qatılıblar. Təlimlər mayın 27-nə qədər davam edəcək.