Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Həvəskar Liqasının “Gənclik” İK – “Qobustan” oyununda “Gənclik” komandasının futbolçusu Mohammed Alhassan qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Star Karqo” oyununda matçın bitməsinə 01:26 qalmış “Star Karqo” komandası meydanı özbaşına tərk etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla komandaya texniki məğlubiyyət verilib.
Futzal üzrə Birinci Liqanın “Zəngilan” – “Metropoliten” oyununda “Zəngilan”ın futzalçısı Kamil Aslanov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – ADBTİA oyununda “Dəstə Ordubad”ın futzalçısı Anar Rəhimov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Futzal üzrə İkinci Liqanın “Bibi Heybət” – “Baku Fire 3” oyununda “Bibi Heybət”in futzalçısı Əsgər Bünyətov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Futzal üzrə İkinci Liqanın “Rəvan” – “Borçalı” oyununda “Rəvan”ın futzalçısı Anar Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb.
Futzal üzrə İkinci Liqanın “Timsport” – “İsma Baku” oyununda “Timsport”un futzalçısı Ceyhun Mürşüdlü qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən təhqiredici ifadələr işlətdiyi üçün 3 oyun cəzalanıb.
Region Liqasının “Cəbrayıl” – “Qusar” oyununda “Cəbrayıl”ın futbolçusu Cavid Heydərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Region Liqasının “Xan Lənkəran” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın futbolçusu Çingiz Qurbanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Araz Naxçıvan”ın məşqçisi Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Gənclər Liqasının “Neftçi” – “Qəbələ” oyununda “Neftçi”nin futbolçusu Bahadur Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Neftçi”nin futbolçusu Nihad Cəfərov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “Qəbələ”nin futbolçusu Taleh Qarayev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Qəbələ”nin futbolçusu Chichin Akande rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-15 Liqasının “Neftçi” İK İB – “Mil-Muğan” oyununda “Mil-Muğan”ın futbolçusu Rəsul Şükürov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-12 Liqasının “Qarabağ” – “Azəri” TİM (Gəncə) oyununda “Azəri”nin məşqçisi Fuad Ələkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “Azəri”nin məşqçisi Məhəmməd Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Matç bitdikdən sonra “Qarabağ”ın məşqçisi Çingiz Bədəlov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-12 Liqasının UGİM “Mingəçevir” – “Şirvan” (Ağdaş) oyununda UGİM “Mingəçevir” komandasının heyətində qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydanda oynadığı üçün komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.