27 noyabr 2024. Çərşənbə

Azərbaycan millisi Slovakiya yığmasına da uduzdu


  • Offside
  • 00:14 23.05.2022
  • Oxunma sayı: 109
Azərbaycan millisi Slovakiya yığmasına da uduzdu
22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının 2-ci təsnifat mərhələsində sonuncu oyununu keçirib. Corner.az xəbər verir ki, E qrupunda yer alan millimiz Kosovoda keçirilən seçmə mərhələnin son matçında Slovakiya yığması ilə qarşılaşıb.
 
Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:16 hesabı ilə qalib gələn Slovakiya millisi sonrakı hissələri də aktivinə yazıb - 25:21, 25:13. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.
 
Avropa çempionatının təsnifat mərhələsinə Kosovo üzərindəki qələbə ilə start verən millimiz, son iki matçında məğlub olub.  Beləliklə, 3 görüşdən sonra 3 xal toplayan komandamız qrupu 3-cü pillədə bitirib.
 
Yığmamızın yer aldığı E qrupunun birincisi bu gün ev sahibinə 3:0 (25:17, 25:19, 25:15) hesabı ilə qalib gələn Niderland yığması olub. Niderland millisi 9 xalla birinci, Slovakiya 6 xalla ikinci, Azərbaycan 3 xalla üçüncü və oyunları xalsız başa vuran Kosovo millisi isə turnir cədvəlində sonuncu olub.
 
Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada  keçiriləcək AÇ-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.
 
AÇ-2021-in 2-ci təsnifat mərhələsi
E qrupu 
22 may
 
Azərbaycan – Slovakiya 0:3 (16:25, 21:25, 13:25)






Offside