11 oktyabr 2026. Bazar günü

Ruslan Qranadadan qızılla qayıdır


  • Offside
  • 15:36 23.05.2022
  • Oxunma sayı: 152
Ruslan Qranadadan qızılla qayıdır
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İspaniyanın Qranada şəhərində keçirilən ISSF qran-pri turnirində qızıl medal qazanıb. Corner.az xəbər verir ki, 33 yaşlı idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına sahib çıxıb.
 
Lunyov bu il Sloveniya və Xorvatiyada keçirilən analoji turnirlərdə müvafiq olaraq, qızıl və gümüş medal qazanıb.






Offside