“Milan”ın futbolçuları İtaliya çempionu olduqdan sonra avtobusla şəhər küçələrində gəziblər. Corner.az xəbər verir ki, bayram təntənəsi zamanı komandanın futbolçuları əzəli rəqibi olan “İnter”i təhqir ediblər.
Futbolçuların əllərində tutduqları bannerdə bu yazı qeyd olunub: “Qazandığınız İtaliya kubokunu arxanıza soxun”.
Bildirək ki, “Milan” 2010/2011 mövsümündən sonra ilk dəfə İtaliya çempionu olub. Komanda tarixində 19-cu dəfə çempionluğu qazanıb. Bu göstəriciyə görə “Milan” “İnter”ə çatıb. Ən çox qələbə qazanan isə “Yuventus”dur – 36.